İdman 13:28 12.08.2013

“Qarabağ” – “Ayntraxt” matçının biletləri neçəyə olacaq?


Biletlərin qiyməti 50 manatadək təşkil edəcək.

Avro Liqanın qrup mərhələsinə qatılmaq üçün play – off səddini keçməli olan “”Qarabağ” avqustun 22-də Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.

Qaynar.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletləri avqustun 19-dan etibarən satışa çıxarılacaq.

“Qarabağ”ın mətbuat xidmətinin verdiyi məlumata əsasən, “Qarabağ” “Ayntraxt” oyunu üçün ən ucuz  biletin qiyməti 1 manatdan başlayacaq.

Ən bahalı biletin qiyməti  isə 50 manat civarında olacağı gözlənilir.

Qaynar.info