İdman 22:36 22.08.2013

“Qarabağ” belə uduzdu – VİDEO

Bu gün Avropa Liqasının “pley-off” mərhələsinin ilk oyunları keçirilir. 

Qaynar.info-nun məlumatına görə turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi öz meydanında Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyuna almanlar fəal başlayıb və 6-cı dəqiqədə rəqibin kapitanı Aleksandr Meyer hesabı açıb. Bundan sonra irəli atılan “Qarabağ” bərabərlik qolunu vura bilməyib. Əvəzində Meyer 75-ci dəqiqədə dubl edərək, ümidlərimizin üstündən xətt çəkib.

Qeyd edək ki, “Qarabağ” bu mərhələyədək Makedoniyanın “Metallurq” (1:0, 1:0), Polşanın “Piast” (2:1, 2:2) və İsveçin “Gefle” (1:0, 2:0) klublarını mübarizədən kənarlaşdırıb.

Qurban Qurbanovun başçılıq etdiyi “Qarabağ” tarixində üçüncü dəfə Avropa Liqasının “play-off” mərhələsinə vəsiqə qazanıb. Bundan əvvəlki iki halda Ağdam klubu “Borussiya” (Dortmund, Almaniya) və “Tvente”yə (Hollandiya) yenilərək qrup mərhələsinə vəsiqə qazana bilməyib.

Avropa Liqası

Play-off

İlk oyunlar

22 avqust

Qarabağ (Azərbaycan) – Ayntraxt (Almaniya) 0:2

Qollar: Aleksandr Meyer, 6; 75.

Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev (7. Namiq Yusifov, 62), 5. Maksim Medvedev, 10. Muarem Muarem (17. Vüqar Nadirov, 69), 11. Nikolas Gelaşvili (88. Ulriş Kapolonqo, 61), 14. Rəşad Sadıqov (k), 16. Leroy Corc, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqoli, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.

Baş məşqçi: Qurban Qurbanov.

Ayntraxt: 1. Kevin Trapp, 5. Karlos Zambrano, 6. Bastian Oçipka, 8. Takaşi İnui (13. Martin Laniq, 69), 11. Srdan Lakiç, Aleksandr Meyer (k), 16. Stefan Ayner, 18. Yohaness Flum (4. Marko Russ,80), 20. Sebastian Rode (15. Konstant Cakpa, 85), Stefano Kelozzi, 23. Anderson Bamba.

Ehtiyat oyunçular: 30. Feliks Vyedvald, 7. Yan Rosental, 9. Joselu, 17. Stefna Şrok.

Baş məşqçi: Armin Fe.

Sarı vərəqələr: Ansi Aqolli, 45 - Yohaness Flum,17. Takaşi İnui, 35. Martin Laniq, 76.

Hakimlər: Simon Marçinyak, Pavel Sokolnicki, Tomaş Litskeviç, Pavel Raçkovski (Polşa).

UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə).

Hakim-inspektor: Zdravko Yokiç (Serbiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.00.

Qaynar.info