İdman 16:56 22.11.2017

"Qarabağ" "Çelsi"yə uduzdu

UEFA Gənclər Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir. Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ” son ev oyununu keçirib.
 
Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 öz meydanında "Çelsi” ilə görüşüb. Növbəti mərhələ şanslarını qorumağa çalışan ağdamlılar qələbə qazanmağı bacarmayıb. Azərbaycanın U-19 Liqasnın çempionu olan "Qarabağ” qrup liderinə uduzaraq növbəti mərhələ şansını itirib.

Hesabı 50-ci dəqiqədə "Qarabağ"dan Yaroslav Deda açıb. Sonrakı dəqiqələrdə Martell Teylor-Krossdeyl (penalti), Çarli Braun və Corc Makİçranın qollarına sevinən "Çelsi" 3:1 hesabı ilə qalib gəlb. 
 
UEFA Gənclər Liqası
Qrup mərhələsi
C qrupu, V tur

22 noyabr
Qarabağ - Çelsi 1:2
Qollar: Yaroslav Deda, 50 - Martell Teylor-Krossdeyl, 61-pen. Çarli Braun, 70. Corc Makİçran, 76.
Qarabağ: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 38. İbrahim Qədirzadə, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 51. Elçin Əsədov (54. İbrahim Hüseynov, 87), 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov (36. Əli Əliyev, 74), 80. Yusif Həsənov (72. Taleh Rzayev, 90+2)
Ehtiyat oyunçular: 63. Əfqan Fərruxlu, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə.
Baş məşqçi: Rəşad Sadıqov.
Çelsi: 1. Marsin Bulka, 2. Mark Quehi (17. Conatan Panzo, 84), 3. Jozef Kolli, 4. Ethan Ampadu, 5. Koul da Silva (k), 6. Billi Qilmour (14. Çarli Braun, 65), 7. Harve St Klair, 8. Corc Makİçran, 9. Martell Teylor-Krossdeyl, 11. Yakob Maddoks, 15. Tariq Uvakve (18. Konor Qallager, 55).
Ehtiyat oyunçular: 13. Ceymi Kamminq, 15. Tariq Uvaqve, 16. Xuan Familio-Kastilyo, 12. Kallum Hadson-Odoi.
Baş məşqçi: Co Eduards.
Sarı vərəqələr: Pilağa Mehdiyev, 80 - Konor Qallager, 62.
Hakimlər: Alper Ulusoy, Mehmet Emin Tuğral, Deniz Caner Özaral (Türkiyə), Orxan Məmmədov (Azərbaycan).
Bakı. "Azərsun Arena”.
 

1

Çelsi

5

4

0

1

13-5

12

2

Roma

4

2

0

2

7-4

6

3

Atletiko

4

2

0

2

8-6

6

4

Qarabağ

5

1

0

4

3-16

3