İdman 17:39 21.12.2017

"Qarabağ" futbolçusunu 750 min avroya bu kluba satdı

"Qarabağ" Dino Ndlovunun Çin klubuna satışına razılıq verib. 

Qaynarinfo xəbər verir ki, bu iddia ilə futbolçunun vətəni CAR-ın mediası çıxış edib.

Bildirilir ki, futbolçu gələn ay Çinin "Xançjou Qrintaun” klubu ilə müqavilə bağlaya bilər. Məlumata görə, "Qarabağ"la Asiya təmsilçisi transferi 750 milyon avroya razılaşdırıb. Bundan əvvəl yayılan xəbərlərdə "Qarabağ"ın çinlilərdən 1 milyon avro tələb etdiyi bildirilirdi.