Video 18:34 23.02.2019

"Qarabağ" iki qol vursa da, qələbə qazana bilmədi (VİDEO)

Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşıalşma baş tutub.

Açılış oyunu Qəbələdə eyni adlı klubla "Keşlə" arasında baş turub. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və komandalar hərəyə bir xal qazanıb.

Bu Qəbələ və Bakı klubları arasında 43-cü oyun olub. 12 görüşdə "Qəbələ”, 14 görüşdə "Keşlə” qələbə qazanıb, 17 oyunda qalib müəyyənləşməyib.

Günün ikinci oyununda "Qarabağ" "Sabah"la səfərdə üz-üzə gəlib. Hesab 19-cu dəqiqədə Reynaldo Silva açıb. 79-cu dəqiqədə Bədavi Hüseynovun avtoqolu "Sabah"ı sevindirib. 7 dəqiqə sonra meydan sahiblərindən Erik Ramos qırmızı vərəqə alsa da, "Qarabağ" say üstünlüyündən yararlana bilməyib.

Qeyd edək ki, turun qalan iki oyunu sabah keçiriləcək. "Neftçi" "Səbail"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək.
 
Premyer Liqa
III dövrə, XVIII tur

23 fevral
Qəbələ - Keşlə 0:0
Qəbələ şəhər stadionu. 

 
Sabah - Qarabağ 1:1
Qollar: Bədavi Hüseynov, 72 (avtoqol) - Reynaldo Silva, 19.
Qırmızı vərəqə: Erik Ramos, 77.
"Əlincə Arena”. 

 

 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

17

11

5

1

29:11

38

2

Qarabağ

18

11

5

2

38:17

38

3

Səbail

17

8

3

6

20:16

27

4

Qəbələ

18

6

6

6

20:20

24

5

Sabah

18

6

3

9

15:23

21

6

Keşlə

18

4

4

10

18:29

16

7

Sumqayıt

17

4

3

10

14:25

15

8

Zirə

17

3

5

9

14:27

14

Bombardirlər

Baqali Dabo (Neftçi), Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) - 7. Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi), Filip Ozobiç (Qəbələ) - 6.

Qeyd

IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib.