İdman 15:10 23.07.2018

“Qarabağ” - “Kukesi” cütünün Avroliqadakı rəqibi bəlli oldu

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin Çempionlar yolunun püşkatması keçirilib. 

Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 39 komandanın mümkün rəqibi bilinib.

Çempionlar Liqasının uğursuzları mübarizə apardığı yolda II təsnifat mərhələsinin cütləri əvvəlki raundlarda uduzanların təşkil etdiyi cütlüklərlə rəqib olub. Çempionlar Liqasının II təsnifat mərhələsinin məğlubları Avropa Liqasının Çempionlar yolunun 2-ci raundunun qalibləri ilə görüşəcək.

Azərbaycan çempionu "Qarabağ”ın "Kukesi” ilə görüşündə məğlub olan da rəqibini tanıyıb. Uğursuzun rəqibi Kutaisi "Torpedo”su ilə "Vikinqur”un duelində qalib gələn komanda ilə qarşılaşacaq.

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

"Ludoqorets” (Bolqarıstan) - "Videoton” (Macarıstan) cütünün məğlubu -  "Zrinski” (Bosniya və Herseqovina) - "Valletta” (Malta) cütünün qalibi

"Sutyeska” (Monteneqro) - "Alaşkert” (Ermənistan) cütünün qalibi - ÇFR (Rumıniya) - "Malmö” (İsveç) cütünün məğlubu

"Legiya” (Polşa) - "Spartak” (Slovakiya) cütünün məğlubu - "Düdelanj” (Lüksemburq) – "Drita” (Kosovo) cütünün qalibi

"Olimpiya” (Sloveniya) - "Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi - BATE (Belarus) - HİK (Finlandiya) cütünün məğlubu

"Şkendiya” (Makedoniya) - "Şerif” (Moldova) cütünün məğlubu - "FK Santa Koloma” (Andorra) - "Valyur” (İslandiya) cütünün qalibi

TNS (Uels) – "Linkoln” (Cəbəllütariq) cütünün qalibi - "Astana” (Qazaxıstan) - "Midtulland” (Danimarka) cütünün məğlubu

"Torpedo” (Kutaisi, Gürcüstan) - "Vikinqur” (Farer adaları) cütünün qalibi - "Kukesi” (Albaniya) - "Qarabağ” (Azərbaycan) cütünün məğlubu

"Dinamo” (Zaqreb, Xorvatiya) - "Hapoel” (Beyer-Şeva, İsrail) cütünün məğlubu - APOEL (Kipr) - "Flora” (Estoniya) cütünün qalibi

"Spartak” (Latviya) - "La Fiorita” (San-Marino) cütünün qalibi - "Srvena Zvezda” (Serbiya) - "Suduva” (Litva) cütünün məğlubu

"Kork Siti” (İrlandiya) - "Seltik” (Şotlandiya) - "Rusenborq” (Norveç) cütünün məğlubu

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 9-da və 16-da keçiriləcək.