İdman 14:17 19.07.2018

"Qarabağ" - "Kukesi" oyunlarının vaxtı açıqlandı

"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi” ilə keçirəcəyi oyunların vaxtı açıqlanıb.

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu ilk oyuna Albaniyada çıxacaq. Bu qarşılaşma iyulun 25-də Şkoder şəhərində yerləşən "Loro Boriçi” stadionunda keçiriləcək.

Komandalar arasında cavab oyunu avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Hər iki oyun Bakı vaxtı ilə 21.00-da start götürəcək.