İdman 21:28 10.07.2019

"Qarabağ" Tiranadan "quru sülh"lə döndü ( YENİLƏNİB)

Bu gün Azərbaycan futbol klubları üçün yeni mövsüm start götürüb. 

Qaynarinfo xəbər verir ki, avrokubokların yeni mövsümündə meydana çıxan ilk komandamız "Qarabağ” olub. Azərbaycan çempionu Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayıb. Yeddiqat Azərbaycan çempionu ilk oyununu Albaniyada keçirib.

"Partizani”nin qonağı olan Qurban Qurbanovun yetirmələri cütün taleyini Tiranada həll etməyə çalışsa da, evə qolsuz bərabərliklə dönüb. Maraqlıdır ki, ötən il bu ölkənin digər təmsilçisi "Kukesi” ilə II təsnifat mərhələsində qarşılaşan "Qarabağ” Albaniyada qələbə qazana bilməmişdi - 0:0. Lakin Bakıdakı üç qol təmsilçimizə böyükhesablı zəfər gətirmişdi.
 
Bir həftə sonra Bakıda gerçəkləşəcək cavab duelində nələrin yaşanacağını zaman göstərəcək.


Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyun

10 iyul
Partizani (Albaniya) - Qarabağ (Azərbaycan) 0:0
Hakimlər: Porvaldur Arnason, Yohann Qunnar Qudmundsson, Andri Viqfusson, Petur Qudmundsson (İslandiya).
Hakim-inspektor: Konrad Plautz (Avstriya).
UEFA nümayəndəsi: Tammo Beyşuizen (Hollandiya).
Tirana. Selman Stermasi stadionu.
 
"Partizani" (Albaniya): 12. Alban Hoca (k), 2. Eqzon Belitsa, 33. Eneo Bitri, 23. Esin Hakay, 22. Labinot İbrahimi, 17. Bruno Telyuşi, 20. Esat Mala, 26. Villiam Kordeyro, 90. Emmanuel Mensa, 10. Yasir Asani, Eraldo Çinari

Ehtiyat oyunçular: 1. Daşamir Xika, 4. Ron Broxa, 9. Teofilus Solomon, 18. Lukas, 19. Lorents Traşi, 38. Kristi Kote, 99. Brayan Braun

Baş məşqçi: Franko Lerda

"Qarabağ" (Azərbaycan): 13. Vaqner da Silva, 14. Rahil Məmmədov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 8. Miçel, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 10. Dani Kintana, 11. Mahir Əmrəli

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev

Baş məşqçi: Qurban Qurbanov