İdman 09:57 24.08.2019

"Qarabağ" - "Linfild" oyununun hakim təyinatları

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Linfild" matçına hakim təyinatları açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, avqustun 29-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma rusiyalı hakimlər briqadasına tərəfində idarə olunacaq.

Baş hakim Sergey İvanova Roman Usaçov və Valeri Dançenko yan xətt, Sergey Lapoçkin isə dördüncü hakim qismində yardımçı olacaq. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Belfastdakı ilk matçda "Linfild" qalib gəlib: 3:2.