İdman 22:11 15.07.2019

"Qarabağ" mərakeşli futbolçunu transfer edib

Son Azərbaycan çempionu "Qarabağ” növbəti transferini rəsmiləşdirib.

Ağdam təmsilçisi Rherras Faycalı heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi bundan əvvəl "Bezye”, "Sent-Truiden”, "Mechelen” kimi klublarda çıxış edib.