İdman 23:25 09.01.2018

“Qarabağ” Ndlovunu satdı: 750 min avro qazandı

"Qarabağ” cənubi afrikalı forvardı Dino Ndlovunu satıb.

"Qafqazinfo” xəbər verir ki, hücumçu Çinin "Xançjou Qrintaun” klubuna transfer olub.

Ağdam təmsilçisi bu keçiddən 750 min avro qazanıb.

Ndlovu "Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışına qatılmayıb. O, C.Afrikanın Yohannesburq şəhərindən birbaşa Çinə uçacaq.

Qeyd edək ki, Ndlovu 2016-cı ildən "Qarabağ” forması geyinirdi.