Ağır qan xəstəliyi sayılan xroniki mioleykozdan əziyyət çəkən Heydər Əsgərov kömək üçün aparıcı Hacı Nuran Hüseynovun yaratdığı "Həyat" fonduna müraciət edib. 

Qaynarinfo-nun axşam.az-a istinadən məlumatına görə, 18 yaşlı gənc ailənin yeganə oğludur. Gəncə şəhərində yaşayır. Onun təcili ilik sümüyünün transplantasiyasına ehtiyacı var.

"Balaca vaxtı qəfildən halsızlaşma oldu. Həkim dedi ki, qırmızı qanı düşüb, ağ qanı artıb. Həkimlər deyir ki, müalicə lazımdır. İlik çatmır, başqa ölkədə müalicəsi var. Buna isə imkanımız çatmır. Mənə yardım etsinlər, tək oğlum var”, - deyə anası Zemfira Cabbarova bildirib. 

Nənəsi Sürəyya Əsgərova isə yeganə oğlan nəvəsindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Atası Səlim Əsgərov 1991-1993-cü illərdə Ağdərə Tər-Tər ərazisində gedən döyüşlərdə ağır xəsarət aldığı üçün əmək qabiliyyətini itirib. Ailədə tək çalışan ana Zemfiradır.

Heydərin müalicəsi üçün isə 120 min dollar tələb olunur. Onun əməliyyatı ya Türkiyə, ya da Almaniyada edilə bilər.

Ailə imkanlı şəxslərdən yardım istəyir: