Video 21:55 10.02.2018

"Qarabağ" "Qəbələ" oyununda qol vurulmadı (VİDEO)

Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci yarısı start götürüb.
 
Qaynarinfo xəbər verir ki, mövsümün XV turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

2018-ci ilin açılış oyunu Zirədə keçirilib. Qəsəbənin eyniadlı təmsilçisi "Sumqayıt”ı qonaq edib. "Zirə" bu gün bir-biriylə üz-üzə gələcək liderlərdən uzaq düşməmək üçün qələbə qazanmağa, "kimyaçılar” ilk "üçlüy”ə yaxınlaşmağa, ən yaxın izləyicisi "Neftçi”dən uzaqlaşmağa çalışırdı. Oyuna fəal başlayan "Sumqayıt" 35-ci dəqiqədə hesabı açsa da, "Zirə" 4 dəqiqə sonra bərabərliyi təmin edib. Bundan sonra oyunda qol vurulmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb.

III dövrənin mərkəzi qarşılaşması "Azərsun Arena”da "Qarabağ"la "Qəbələ" arasında baş tutub. Çempionatdakı əsas rəqibini yenəcəyi halda, ağdamlılar növbəti çempionluğa doğru ciddi addım atmış sayılacaqdı. Belədə xal fərqi 9-a çatacaqdı ki, rəqabət sarıdan axsayan birincilikdə bunun aradan qaldırılacağı inandırıcı görünməyəcəkdi. "Qırmızı-qaralar” intriqanı qorumaq naminə rəqib meydanında xal və ya xallar qazanmalı idi. 90 dəqiqə ərzində azarkeşlər qol görməyib və oyun 0:0 hesabı ilə başa çatıb.
 
Premyer Liqa
XV tur
10 fevral

Zirə - Sumqayıt 1:1
Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 35.

 
Qarabağ - Qəbələ 0:0

  

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

15

12

2

1

25:6

38

2

Qəbələ

15

10

2

3

28:14

32

3

Zirə

15

9

4

2

24:12

31

4

Sumqayıt

15

6

3

6

18:18

21

5

Neftçi

14

5

1

8

17:16

16

6

Səbail

14

4

1

9

9:21

13

7

Keşlə

14

2

2

10

9:24

8

8

Kəpəz

14

2

1

11

10:29

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 9. Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) - 6. Amil Yunanov (Sumqayıt) - 5.