İdman 11:15 19.08.2019

“Qarabağ” – “Qəbələ” oyununun saatı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, 3 günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

"Qarabağ” avrokuboklarda iştirak etdiyindən, mövcud əsasnaməyə uyğun olaraq "Qəbələ" ilə ev oyunu bir gün sonraya keçirilib.

Premyer Liqa
2019/20 mövsümü
I dövrə, II tur

24 avqust
"Sumqayıt” – "Səbail”
19:00 "Kapital Bank Arena”

25 avqust
18:45 "Sabah” – "Keşlə”
"Bank Respublika Arena”

"Qarabağ” – "Qəbələ”
21:00 "Azersun Arena”

26 avqust
19:00 "Zirə” – "Neftçi”
Zirə İdman Kompleksinin stadionu