İdman 20:20 24.03.2018

"Qarabağ" qələbə qazandı, "Qəbələ" heç-heçə etdi

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qarabağ"la "Sumqayıt" yoxlama görüşündə üz-üzə gəlib. 

Qaynarinfo xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da baş tutub. Yığmaların heyətində yer alan futbolçuların qatılmadığı görüş Ağdam təmsilçisinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 2:1. Ölkə çempionunun heyətində Pedro EnrikeRuslan Hacıyev fərqlənibsə, "Sumqayıt"ın yeganə qoluna Elnur Abdullayev imza atıb.

"Qəbələ” isə "Keşlə” ilə yoxlama görüşü keçirib. Premyer Liqa təmsilçiləri "Bakı”nın təlim-məşq bazasında üz-üzə gəliblər. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Qeyd edək ki, fasilədə ikinci matçına çıxan "Qəbələ” martın 21-də "Tufan”la keçirdiyi yoxlama görüşündə 15:0 hesabı ilə qalib gəlib.