İdman 09:31 24.06.2019

“Qarabağ” "Real"ın sabiq üzvünü transfer etdi (RƏSMİ)

"Qarabağ” yeni transferini rəsmən açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, Ağdam klubu ispan yarımmüdafiəçi Xayme Romeronun keçidi barədə açıqlama yayıb. 

Müqavilə qarşıdakı 3 il müddətinə nəzərdə tutulub. Xayme yeni klubunda 9 nömrəli forma geyinəcək.
 
Qeyd edək ki, futbolçu 2017-ci ildə "Osasuna"dan İspaniya Sequndasında çıxış edən "Kordoba”ya 500 min avroya transfer olunub. O, bu komandanın heyətində son mövsümdə 32 rəsmi oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Romero həmçinin "Albasete", "Udineze", "Bari", "Qranada", "Orduspor", "Luqo" klublarında və "Real"ın B komandasında forma geyinib. O, İspaniyanın U-19 millisində çıxış edib.