Bu gün Çempionlar Liqasının qrup mərhələsində son tura start veriləcək.
 
Qaynarinfo xəbər verir ki, "Qarabağ" VI turun oyununa səfərdə çıxacaq.

Azərbaycan çempionu İtaliyada "Roma"nın qonağı olacaq. Paytaxt Romadakı Olimpiya stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23.45-də başlayacaq qarşılaşmada ədaləti alman FIFA referisi Tobias Stieler qoruyacaq.

Bu oyun "Qarabağ" üçün forma xarakter daşıyacaq. "Çelsi"yə hər iki oyunda (0:6, 0:4), "Roma"ya ilk matçda (1:2) uduzan Qurban Qurbanovun yetirmələri "Atletiko" ilə matçlarda iki xal qazanıb (0:0, 1:1) və son pilləni tutur. Bu səbəbdən "Qarabağ"ın mübarizəni Çempionlar Liqası və Avropa Liqasında davam etdirmək şansı yoxdu. Buna baxmayaraq, Qurban Qurbanovun başçılıq etdiyi komandamız "Roma"nı büdrədərək mövsümü sensasiyalı nəticə ilə bitirmək arzusundadı.

Bu oyun qrupdan Çempionlar Liqasının 1/8 finalına çıxacaq və Avropa Liqasına gedəcək komandanı müəyyənlənşdirəcək. "Roma"ya bu gün mütləq qələbə lazımdı. 3 xal İtaliya təmsilçisinə 1/8 final vəsiqəsi verəcək. "Roma" xal itirsə, "Atletiko"nun növbəti mərhələyə adlamaq şansı olacaq. Bu zaman ispanlar evdə "Çelsi"ni yenərək vəsiqəni təmin edə və "Roma"nı Avropa Liqasına göndərə bilər.

Çempionlar Liqası
2017/18 mövsümü
C qrupu, VI tur

5 dekabr
23.45 Roma (İtaliya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Tobias Stieler, Mayk Pikel, Yan Seydel, Kristian Gittelmann (Almaniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Harm Osmers (Almaniya).
Roma. Olimpiya stadionu.
 

1

Çelsi

5

3

1

1

15-7

10

2

Roma

5

2

2

1

8-6

8

3

Atletiko

5

1

3

1

4-3

6

4

Qarabağ

5

0

2

3

2-13

2