Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda sonuncu turun oyunlarına start verilib.
 
Qaynarinfo xəbər verir ki, "Qarabağ"ın U-19 komandası "Roma"nın qonağı olub.

İtaliyanın paytaxtındakı "Tre Fontan” stadionundakı matç formal xarakter daşıyıb. Çünki buna qədər "Çelsi" və "Atletiko"nun növbəti mərhələyə çıxacağı dəqiqləşmişdi.

"Qarabağ"ın son oyunda axrıncı pillədən qurtarmaq üçün cüzi şansı var idi. Belə ki, təmsilçimiz evdə böyükhesabla yenildiyi rəqibi 4:0 hesabı ilə yenərək 3-cü pilləyə yüksələ bilərdi. Amma bu baş verməyib və əvəzində "Qarabağ" böyükhesabla yenilib - 0:3.

Qeyd edək ki, Rəşad Sadıqovun başçılıq etdiyi komandamız keçirdiyi 6 oyundan 5-də uduzub. "Çelsi"yə (0:5, 1:3) və "Roma"ya (0:3, 0:3) hər iki oyunda uduzan "Qarabağ" "Atletiko"ya (1:5) bir matçda yenilib. Azərbaycan çempionu yeganə qələbəsini Madriddə "Atletiko" üzərində qazanıb - 1:0.
 
Gənclər Liqası
Çempionlar yolu
C qrupu, VI tur

5 dekabr
Roma (İtaliya) - Qarabağ (Azərbaycan) 3:0
Qollar: Zakaria Sdaiqui, 22. Visente Besujen, 36. Ludoviko Dorazio, 81.
Roma: 1. Andrea Romanyoli, 5. Stefano Siavattini (k), 8. Alessandro Petruççelli, 10. Mirko Antonuççi (21. Luka Petrunqaro, 46), 11. Rikkardo Kappa, 13. Andrea Siofi (2. Lirim Kastrati, 79), 14. Devid Bua, 15. Salvatore Pezzella, 17. Françesko Semeraro, 18. Visente Besujen (19. Ludoviko Dorazio, 74), 22. Zakaria Sdaiqui.
Ehtiyat oyunçular: 12. Stefano Qreko, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 16. Alessio Rikkardi.
Baş məşqçi: Alberto De Rossi.
Qarabağ: 89. Nicat Mehbalıyev, 3. Turan Manafov, 24. Yaroslav Deda, 28. Süleyman Əhmədov, 31. Oliver Stoymenovski (54. İbrahim Hüseynov, 43), 36. Əli Əliyev (38. Famin Əliyev, 46), 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 59. Boyan Miovski (27. Ülvi İbrahimov, 79), 60. Pilağa Mehdiyev, 80. İbrahim Qədirzadə.
Ehtiyat oyunçular: 40. Məmməd Hüseynov, 26. Rahid Ağazadə, 37. Akif Hümbətzadə, 72. Taleh Rzayev.
Sarı vərəqə: Luka Petrunqaro, 74.
Baş məşqçi: Rəşad Sadıqov.
Hakimlər: Tihomir Pejin, Qoran Pataki, Maryan Tomas (Xorvatiya), Daniele Martinelli (İtaliya).
Roma. "Tre Fontan” stadionu.
 

1

Çelsi

5

4

0

1

13-5

12

2

Atletiko

5

3

0

2

10-7

9

3

Roma

6

3

0

3

11-6

9

4

Qarabağ

6

1

0

5

3-19

3