Dünya 09:53 18.06.2018

Qarabağ separatçılarının liderləri öldü

Qarabağ separatçılarının liderlərindən biri İqor Muradyan ölüb.

Qayanrinfo xəbər verir ki, "Qarabağ Komitəsi"nin ilk rəhbəri İrəvanda dünyasını dəyişib.

O, uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Muradyan "Qarabağ Komitəsi"nin yaradılmasının təşəbbüskarı olub və 1988-ci ilədək komitəyə rəhbərlik edib.