Siyasət 17:54 09.01.2019

Qarabağ separatçılarının telekanalı Amerika peykində

60 dərəcə şərq uzunluğunda yayım həyata keçirən "İntelsat 33” peyki Dağlıq Qarabağdakı qondarma rejimin "Artsax TV” adlı telekanalını yayımlamağa başlayıb. 

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

"İntelsat 33” peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Beynəlxalq telekommunikasiya nəhəngi "İntelsat” 50 süni peyki idarə edir və mənzil-qəragahı ABŞ-da, habelə Lüksemburqda yerləşir. "İntelsat 33” peyki Amerikanın "Boeing” korporasiya tərəfindən istehsal edilib.