İdman 15:42 26.11.2018

"Qarabağ" - "Sportinq" oyununun hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və "Sportinq" arasında keçiriləcək oyunun baş hakimi açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək. Ona Petr Blajey və Tomaş Mokruş yan xətt, Zbinek Proskevə Emanuel Marek əlavə köməkçi, Yan Patak isə dördüncü hakim qismində yardımçı olacaqlar. 

İspaniyalı Bernardino Qonsales Vaskes hakim-inspektor, sloveniyalı David MkDauel Zor UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.