İdman 18:18 18.11.2018

"Qarabağ" "Sumqayıt"a uduzdu

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" və "Qarabağ" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Qaynarinfo xəbər verir ki, "Azersun Arena"da keçirilən matç "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 21-ci dəqiqədə Cavid Tağıyev imza atıb.

Qeyd edək ki, "Qarabağ" Premyer Liqada 23 xalla 2-ci, "Sumqayıt" 11 xalla 6-cı pillədə qərarlaşıb.