phrase_var_qaynar. 12:10 13.05.2019

“Qarabağ” üç futbolçu ilə yollarını ayırıb (RƏSMİ)

Azərbaycan çempionu "Qarabağ” üç futbolçu ilə yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb.

Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 
 

Oxşar xəbərlər