Video 21:26 16.12.2018

"Qarabağ" və "Qəbələ"dən tək qolluq qələbə (VİDEO)

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekub vurulub.

Qaynarinfo xəbər verir ki, günün ilk oyunu Qəbələdə keçirilib və şəhərin eyniadlı təmsilçisi "Sabah"ı qəbul edib. 

Ötən mövsümün finalçısı "Qəbələ” Premyer Liqanın debütantını 1:0 hesabı ilə yenib. 45-ci dəqiqədə topu öz qapısına göndərən Filip İvanoviç komandasının məğlubiyyətinə səbəb olub.

İlk oyunlara "Qarabağ”la "Keşlə”nin matçı ilə yekun vurulub. Son çempionla kubokun sahibinin qarşılaşmasında da bir qol vurulub və ağdamlılar qələbə qazanıb. Matçın yeganə qoluna 65-ci dəqiqədə Rahil Məmmədov imza atıb.

Qeyd edək ki, bu mərhələnin ilk iki oyunu dünən keçirilib. "Zirə" "Səbail"ə 1:0, "Sumqayıt" "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşmaları dekarın 19-20-də baş tutacaq.
 
Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar 

16 dekabr
Qəbələ - Sabah 1:0
Qol: Filip İvanoviç, 45 (avtoqol).
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç,  8. Qismət Alıyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 10. Rauf Əliyev, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 26. Faiq Hacıyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Sabah: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev (k), 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 19. Məqsəd İsayev, 22. Miloş Bosançiç, 25. Vanderson Silva, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Elvin Bədəlov, 6. Vadim Abdullayev, 14. Tural Qürbətov, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 77. Şakir Seyidov, 97. Emil Qasımov.
Baş məşqçi: Elşad Əhmədov.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Qəbələ şəhər stadionu.

 
Qarabağ - Keşlə 1:0
Qol: Rahil Məmmədov, 65.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Qerye.
Baş məşqçi: Qurban Qurbanov.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 3. Denis Silva, 4. Slavik Alxasov, 17. Samir Məsimov, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 33. Tərlan Quliyev, 31. Georgios Georgiadis, 80. Diallo Quydileye, 94. Seymur Əsədov.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 7. Vaqif Cavadov, 9. Amil Yunanov, 10. Ruslan Nəsirli, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 21. Herve Tçami, 65. Cabir Əmirli, 78. Elmir Rəhimzadə, 95. Cavid Əliyev, 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tofiq Bəhramov adına Respublika Stadionu.