Xəbər lenti

Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilə bilər
Siyasət 15:29 30.09.2017

Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilə bilər

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bir qrup Türkiyə vətəndaşının Azərbaycana təhvil verilib-verilməyəcəyi barədə məsələyə aydınlıq gətirib.

"Qaynarinfo" azvision.az-a istinadən xəbər verir ki, səfir Qarabağa edilən səfərlə bağlı Türkiyə XİN və Ədliyyə Nazirliyinin müvafiq bəyənatla çıxış etdiyni bildirib.

“Bu səfəri bir qrup Türkiyə vətəndaşı rəsmi qurumları xəbərdar etmədən şəxsi təşəbbüsləri ilə həyata keçiriblər. Dövlətimiz bunu qətiyyətlə pisləyir və qınayır. Səfərin Türkiyənin dövlət siyasəti və rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”.

Diplomat barələrində cinayət işi açılan şəxslərin Azərbaycana təhvil verilməsi haqda suala cavabında bildirib ki, bu, hüquqi prosesdir: “Öncə Azərbaycan tərəfinin tələbinin Türkiyənin müvafiq orqanlarına çatdırılması lazımdır. Bundan sonra məsələ dəyərləndiriləcək. Hüquqi müstəvidə lazım olan addımlar atılacaq”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->