Foto 16:10 25.10.2017

Meral Akşener yeni partiya qurdu, "Qarabağ"a dəstək verdi - FOTO

Milliyətçi Hərəkat Partiyasından ayrılaraq İYİ Partiyanı quran Meral Akşenerin yeni partiyasının təqdimat mərasimində "Qarabağ" xareoqrafiyası diqqəti çəkib.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, tədbirdə iştirak edənlər A4 vərəqlərində yazılmış "QARABAĞ" xareoqrafiyası və Azərbaycan bayrağı ilə "Qarabağ" futbol klubuna dəstək veriblər. 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində İspaniyanın "Atletiko" ilə qarşılaşan "Qarabağ" yaxşı çıxışı ilə yadda qalmış və oyun 0:0 hesabı ilə yekunlaşmışdı. Lakin görüşün ən yadda qalan hadisəsi A4 vərəqinə "QARABAĞ" yazmış azarkeşlər oldu. Dünyanın bir çox klublarının azarkeşləri tərəfindən hazırlanmış xareoqrafiyalarla ilə müqayisə edilən bu addım Türkiyənin "Sabah" qəzetinin yazarı Mövlud Tezel tərəfindən "Futbol tarixinin ən əzik xareoqrafiyası" adlandırmışdı. Onun bu şərhi Azərbaycan və Türkiyədə narazılıqlara səbəb olmuşdu. Bundan sonra yazı "Sabah"ın internet saytında silinmiş, qəzet və yazar Azərbaycan xalqından üzr istəmişdi.

Gülşən
Qaynarinfo.Az