İdman 14:12 23.10.2018

"Qarabağ"a texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi "Qarabağ"a texniki məğlubiyyət verib.

Qaynarinfo xəbər verir ki, buna səbəb Ağdam komandasının Topaz Premyer Liqasının VIII turunda evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdiyi matç zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdı.

Abbas Hüseynovun adı matçın iştirak ərizəsində göstərilməsə də, baş məşqçi Qurban Qurbanov onu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb. Buna görə də görüşün nəticəsi ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Kluba isə 8 min manat cərimə kəsilib.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA İntizam Komitəsi Premyer Liqada daha öncə "Zirə"yə də texniki məğlubiyyət verib. Qurum həmçinin I divizionda "Səbail-2"ni də texniki məğlubiyyətlə cəzalandırıb.