İdman 21:35 20.10.2018

"Qarabağ"a texniki məğlubiyyət veriləcək (FOTOFAKT)

Topaz Premyer Liqasının VIII turunun "Səbail"lə oyununa görə "Qarabağ"a texniki məğlubiyyət veriləcək.

Qaynarinfo xəbər verir ki, buna səbəb Ağdam klubunun heyətində adı protokolda olmayan futbolçunun meydana çıxmasıdı.

Belə ki, adı "23-lüy"ə salınmayan Abbas Hüseynov ikinci yarıda kapitan Rəşan Sadıqovun yerinə oyuna daxil olub. Bu səbəbdən AFFA İntizam Komitəsinin "Qarabağ"a 0:3 hesablı texniki məğlubuyyət verəcəyi gözlənilir.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.