Ölkə 11:09 16.09.2013

Qarabağda erməni əsgər öldürülüb

Qarabağda bir erməni əsgər öldürülüb.

APA-nın məlumatına görə, hadisə sentyabrın 14-dən 15-nə keçən gecə, saat 03:10-da Qarabağ cəbhəsinin cənubunda baş verib.
 
Odlu silahdan atəşin açılması nəticəsində cəbhə xəttində xidmət edən 1994-cü il təvəllüdlü, Ermənistan Ordusunun əsgəri X. K. Xaçaturyan ölüb.
 
Məlumatı Qarabağdakı separatçı rejimin «Müdafiə Nazirliyi» yayıb.

Qaynar.info