İdman 17:27 13.05.2018

"Qarabağ"da ilk ayrılıq (RƏSMİ)

"Qarabağ"dan ayrılan ilk futbolçunun adı məlum olub.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, mövsümün əvvəlində Yunanıstan PAOK-undan 1 illik icarə əsasında Ağdam klubuna transfer olunan Pedro Enrikeylə yollar ayrılıb. Bildirilib ki, icarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.

Enrike "Qarabağ"ın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.