İdman 11:01 12.06.2019

"Qarabağ"dan ayrılan Jezniçak yeni klubda

"Qarabağ"la yollarını ayıran Yakub Jezniçakın yeni klubunun adı bəlli olub. 

Qaynarinfo xəbər verir ki, polşalı müdafiəçi karyerasını ölkəsinin "Visla" klubunda davam etdirəcək. 

Bu barədə Ploçk təmsilçisinin saytı məlumat yayıb. 

Adı "Neftçi"yə keçiddə hallanan 32 yaşlı oyunçu  Polşa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. Jezniçak yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Visla" ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.
 
Xatırladaq ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib.