"Qarabağ" Zimbabve millisinin üzvü Xama Billiatın transferindən vaz keçməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Soccerladuma" saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Qarabağ" Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandauns" klubunda çıxış edən hücumçunu yayda heyətinə qatmaq istəyir. Saytın iddiasına görə, Azərbaycan çempionu 28 yaşlı forvarda olduqca cəlbedici təklif gönədərəcək.

Xama Billiatın CAR klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. "Qarabağ" isə onu azad agent kimi heyətinə qatmaq istəyir. Futbolçuya "yox" deyə bilməyəcəyi təklif göndərməyi planlaşdıran Azərbaycan çempionu bu keçidi avrokubok mövsümündən öncə bitirmək niyyətindədi.

Qeyd edək ki, "Qarabağ"ın Xama Billiatı qışda da heyətinə qatmaq istədiyi bildirilirdi. Amma həmin vaxt  "Mamelodi Sandauns" 2,5 milyon dollar tələb etdiyi üçün keçid baş tutmamışdı. 

Qeyd edək ki, Xama Billiata karyerasına Zimbabvenin "CAPS Yunayted" klubunda başlayıb. 2010-cu ildə CAR-ın "Ayaks Cape Tovn" klubuna transfer olunub. "Mamelodi Sandauns" onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda "Transfermarkt" 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. Billiat "Mamelodi Sandauns"la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.

O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 7 qol vurub.