İdman 11:37 22.06.2018

"Qarabağ"dan transfer: Şotlandiya millisinin üzvünə təklif göndərildi

"Qarabağ" daha bir qapıçıya təklif göndərib.

Qaynarinfo "Daily Express"ə istinadən xəbər verir ki, Azərbacan çempionu şotland qolkiper Con Maklaflini heyətinə qatmaq istəyir. Ağdamlılar 30 yaşlı qapıçıya  2 illik müqavilə təklif edib. Müqavilənin detalları açıqlanmasa da, şərtlərin əlverişli olduğu bildirilir.

Qeyd edək ki, Maklaflin 2017/18 mövsümündə Hotlandiyanın "Harts" klubunda çıxış edib (33 oyun). O, əvvəllər İngiltərənin "Harrogate Railvay", "Harrogate Taun", "Bredford" və "Barton" klublarında çıxış edib. Qolkiper bu ildən Şotlandiya millisinə dəvət almağa başlayıb və iyunun 2-də Meksikaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə debüt edib.

Onu da qeyd edək ki, "Qarabağ" bundan əvvəl İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçenzo Fiorilloya təklif göndərib.