Xəbər lenti

İdman 23:11 22.04.2018

"Qarabağ"ı çempion edən futbolçu komandadan gedir?

"Bugünkü matçda qalib gəlməsək belə, çempion olmaq şansımız var idi. Amma istənilən halda, oyunu layiqli qələbəylə bitirmək istəyirdik. Bu meydan istənilən rəqib üçün çətin səfər sayılır. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. 5-ci dəfə ardıcıl çempion olduq. Məncə, çempionluğa layiq idik”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələrə çempionluğu rəsmiləşdirən "Qarabağ"ın futbolçusu Dani Kintana deyib.

Matçdakı yeganə qolu vuran ispan futbolçu komandadakı gələcəyi ilə bağlı da danışıb: "Qarabağ”da növbəti mövsüm qalacağım hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir. Qısa müddətdə hər şey aydın olacaq”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->