İdman 22:26 23.01.2019

“Qarabağ”ı məğlubiyyətdən Abdullayev xilas etdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" klubu Antalyada növbəti yoxlama oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə Polşanın "Pyast” klubu ilə üz-üzə gəlib.

Oyunda hesabı 9-cu dəqiqədə polyaklar açıblar. Altı dəqiqə sonra Araz Abdullayevin vurduğu qolla hesab bərabərləşib.

Oyun 1:1 hesabı ilə bitib.