İdman 21:53 04.09.2018

"Qarabağ"ın Avropa Liqası üçün heyəti açıqlandı (SİYAHI)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu 26 futbolçu sifariş edib. Bunlardan 5-i qapıçı, 9-u müdafiəçi, 11-i yarımmüdafiəçi və 1-i hücumçudu.
 
Siyahıda Mahir Mədətov müdafiəçi, Con Delarj yarımmüdafiəçi kimi göstərilib. Yeganə hücumçu isə İnnosent Emeqaradı. "Qarabağ" yeni transferi Araz Abdullayevi də sifariş edib.

Qapıçılar: 1. Hannes Tur Halldorsson 12. Şahruddin Məhəmmədəliyev 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov.
Müdafiəçilər: 2. Qara Qarayev, 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 28. Con Delarj, 77. Donald Gerrye, 91. Coşqun Diniyev.
Hücumçu: 7. İnnosent Emeqara.

Qeyd edək ki, E qrupunda yer alan "Qarabağ"  İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə mübarizə aparacaq.