İdman 11:06 03.11.2017

"Qarabağ"ın baş məşqçisi kim olacaq? (AÇIQLAMA)

"Qurban Qurbanovu təbrik edirəm. İnanıram ki, AFFA-nın verdiyi bu qərar futbolumuzun, milli komandamızın xeyrinə olacaq. Əgər Qurban Qurbanov bu qərara bir sevinirsə, biz iki qat sevinirik".

Bu sözləri qol.az-a "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Qurban Qurbanovun millimizə baş məşqçi vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Q. Qurbanov "Qarabağ"da qalmaqla, millidə vəzifəsini icra edəcək: "Onun iki yerdə işləməsinin komandamıza ziyanı olacağını düşünmürəm. Qurban Qurbanov yerli futbolçuları yaxşı tanıyır. Həm də unutmayaq ki, millinin əsasını "Qarabağ"ın oyunçuları təşkil edir".

Qaynarinfo.Az