Sənət 16:31 08.09.2014

Qarabağın dağdakı “bülbülü” Bakıya gətirildi - VİDEO

Gözəl oxuması ilə sosial şəbəkənin fenomeni halına gələn bu ağdamlı uşaq haqqında yeni xəbər var. 

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, gördüyünüz videolentin təkrar paylaşılmasından sonra FB istifadəçisi Fərid Azəri məlumat verib. O bildirib ki, həmin uşaqla bağlı məşhur tarzən Möhlət Müslümovla əlaqə saxlayıb, sonra uşağı Bakıya gətirib, Ağaxan Abdullayevin yanına apardılar.

Hətta həmin vaxt bu uşaq ATV-nin də qonağı olub. O zaman Ağaxan Abdullayev onunla öz tələbəsi kimi məşğul olacağını deyib.

Səsi ilə ölməz sənətkarımız Qədir Rüstəmovun səsini andıran, Şamaxı rayonunun Şıxzərli kəndindən olan həmin oğlanın - Əhmədxan Fəqani oğlu Qədirovun videosunu təqdim edirik: