İdman 18:50 26.01.2018

"Qarabağ"ın əsas komandasını Rəşad Sadıqov çalışdıracaq

Azərbaycan milli komandası Antalyada təlim-məşq toplanışı keçəcək. Bu müddətdə baş məşqçi Qurban Qurbanovun "Qarabağ"dakı əsas köməkçisi Elçin Rəhmanov və fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarov da yığmanın düşərgəsində olacaq.

Belə olan halda hazırda Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"a kim rəhbərlik edəcək?

Fanat.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubuna kimin başçılıq edəcəyi müəyyənləşib. "Qarabağ"ı Qurban Qurbanovun olmadığı müddətdə məşqlərə Rəşad Sadıqov çıxaracaq. 

Qeyd edək ki, "Qarabağ"ın və millinin kapitanı olan Rəşad Sadıqov son mövsümdə Ağdam klubunun U-19 komandasına başçılıq edib. Hazırda isə o, Azərbaycanın U-20 və U-21 yığmalarına başçılıq edir.