İdman 09:21 15.08.2013

“Qarabağ”ın futbolçuları Ermənistana qalib gəldi

Admir Teli və Ansi Aqolli ötən gün Ermənistanla baş tutan yoldaşlıq görüşündə iştirak ediblər


"Qarabağ" klubunun albaniyalı legionerləri - Admir Teli və Ansi Aqolli ötən gün Ermənistanla baş tutan yoldaşlıq görüşündə iştirak ediblər.

Qaynar.info-nun verdiyi məlumata görə, Albaniyada keçirilən oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qeyd edək ki, Ermənistanla oyunda Aqolli 90 dəqiqə meydanda olduğu halda, Teli fasilədə əvəzlənib.

Qaynar.info