"Qarabağ"ın futbolçusu Dino Ndlovu haqqında kitab yazılıb. Qaynarinfo xəbər verir ki, futbolçu bu barədə "Instagram"da məlumat yayıb.

"The winning goal" ("Qələbə topu") adlanan kitab 27 yaşlı hücumçunun vətəni Cənubi Afrika Respublikasında çapdan çıxıb. Kitabın müəllifi Sizvi Feys Sitoledi.

Avtobioqrafiya xarakterli kitabın üz qabığında Dinonun "Qarabağ"ın heyətində Çempionlar Liqasında "Kopenhagen"lə cavab oyunundakı qol sevincinin fotosu yer alıb.

Dino müəllifə təşəkkür edərək bu sözləri yazıb: "Siz bu hissləri supermarketdən ala bilməzsiniz, onun üçün çalışmaq lazımdı. Bu, mənim həyatımın ən yaxşı günlərindən biri idi. Heç vaxt özümlə belə qürur duymamışdım. Sizvi Feys Sitole, mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam”.