İdman 09:31 30.01.2018

"Qarabağ"ın futbolçusu Türkiyə Super Liqasına transfer olunur

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeyda "Bursaspor"a transfer oluna bilər. Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Bursa klubu milliləşdirilmiş futbolçumuzla danışıqlar aparır.

"Bursaspor"un baş məşqçisi Pol Le Quen klub rəhbərliyindən yarımmüdafiəningücləndirilməsini istəyib. Transfer pəncərəsinin qapanmasına bir neçə gün qalmış bu istiqamətdə çalışmalar gücləndirilib. Super Liqa klubunun hədəfində "Feyenoord"undan 33 yaşlı Kərim əl-Əhmədi və "Qarabağ"ın 29 yaşlı braziliyalı yarımmüdafiəçisi var.

Qeyd edək ki, "Bursaspor" bu yaxınlarda Azərbaycan milli komandasının futbolçuları Dəniz YılmazOzancan Kökçü ilə yollarını ayırıb. Yılmaz "Gənclərbirliyi"nə transfer olunub, Kökçü isə Hollandiya "Valveyk"inə icarəyə verilib.