Foto 13:04 14.01.2018

"Qarabağ"ın futbolçusu "xəzinə" tapıb (FOTOLAR)

"Qarabağ”ın PAOK-dan icarəyə götürdüyü Pedro Enrike ailəsi ilə birlikdə fotolarını yayımlayıb. 

Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu vətənində çəkilmiş kiçik qızı və həyat yoldaşı ilə birlikdə fotolarını "Instagram"da paylaşıb.

O, fotolarla "Meus tesouros”, yəni "Xəzinələrim” şərhini yazıb. Foto Pedronun izləyicilərinin, eyni zamanda həm azərbaycanlı, həm də yunan azarkeşlərin böyük marağına səbəb olub.