İdman 14:50 18.08.2018

"Qarabağ"ın ilk oyunu avstriyalılara tapşırıldı

"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində "Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

Qaynarinfo xəbər verir ki, avqustun 23-də Moldovanın Tiraspol şəhərində baş tutacaq qarşılaşma avstriyalı hakimlərə tapşırılıb.

Matçın baş hakimi Harald Lexner olacaq. Ona Andreas HeydenrexMaksimilian Kolbim yardım edəcək. 4-cü hakim funksiyasını Yulian Veynberger yerinə yetirəcək.

Hakimlərin işinə ukraynalı hakim-inspektor Vladimir Petrov qiymət verəcək. Matçın UEFA nümayəndəsi siə finlandiyalı Teuvo Holopaine olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.