İdman 15:23 23.07.2019

"Qarabağ"ın oyunu norveçli hakimlərə tapşırıldı

"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dundalk” klubu ilə cavab oyununun hakimləri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, UEFA görüşü norveçli hakimlər briqadasına tapşırıb. Qarşılaşmanı Sveyn Oddvar Moen idarə edəcək. Ona Maqnus Lundberqİsaak Elias Skyeset Başevkin yardımçı olacaq. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçirəcək görüşü matç saat 21.00-da başlayacaq.