"Qarabağ"ın oyununa cəmi 2 min bilet qalıb

UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyununa bilet satışı davam edir.

Qaynarinfo "Qarabağ" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 28 min bilet satılıb. Yerdə qalan 2 min biletin oyun gününə kimi satılacağı gözlənilir. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, "Qarabağ” – "Sevilya” görüşü sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
XƏBƏRLƏR
BLOGLAR