İdman 14:51 10.12.2019

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? - Təəccübləndirən rəqəm

Bildiyiniz kimi, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda öz meydanında Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.
 
Dekabrın 12-də keçiriləcək oyun üçün bu ana qədər olan hesaba görə cəmi 5 min bilet satılıb. Bu barədə Sport7.az-a məlumatı klubun mətbuat katibi Nurlan İbrahimov verib.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də start götürəcək.
 
Röya