İdman 15:04 22.07.2019

Çempionlar Liqasında 3-cü mərhələnin püşkü atıldı

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. 

Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə 14:00-da baş tutan tədbirdə əvvəlki raundun 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib.
 
Azərbaycan çempionu "Qarabağ"ın da 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşib. Belə ki, təmsilçimiz "Dundalk"la mübarizədən qalib ayrılsa növbəti mərhələdə "Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi ilə qarşılaşcaq.

Həmçinin püşkatma zamanı ölkəsində çempion olmayanlar Liqa yolunda növbəti rəqiblərini tanıyıblar.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

ÇFR (Kluj, Rumıniya)/"Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - "Seltik" (Şotlandiya)/"Nomme Kalyu" (Estoniya) cütünün qalibi
"Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi - "Dandolk" (İrlandiya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi
PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya)
"Saburtalo" (Gürcüstan)/”Dinamo” (Xorvatiya) cütünün qalibi - "Ferensvaroş" (Macarstan)/"Valletta" (Malta) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/"Kopenhagen” (Danimarka) cütünün qalibi
"Maribor" (Sloveniya)/AIK (İsveç) cütünün qalibi - BATE (Belarus)/"Rusenborq" (Norveç) cütünün qalibi
  
Liqa yolu

"Başakşəhər” (Türkiyə) - "Viktoriya” (Çexiya)/"Olimpiakos” (Yunanıstan) cütünün qalibi
"Krasnodar” (Rusiya) - "Portu” (Portuqaliya)
"Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna)
PSV (Hollandiya)/"Bazel” (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)

Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-14-də baş tutacaq.