Polşa çempionatında 2013/14 mövsümünə start verilib. Qaynar.info xəbər verir ki, "Qarabağ”ın Avropa Liqasındakı rəqibi "Piast” açılış turunda "Krakovya”nın qonağı olub.
Oyun "Qarabağ”ın rəqibinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Piast”ın heyətində hesabı Ruben Xurado açıb, daha sonra Damian Zbozyen iki qol vurub.
Qeyd edək ki, "Piast” iyulun 18-də Bakıda "Qarabağ”a uduzub – 1:2. Bu komandalar arasında cavab oyunu ayın 25-də Polşada keçiriləcək.
Qaynar.info
Şərhlər