İdman 17:45 08.10.2018

"Qarabağ"ın rəqibi bir müqavilə ilə 340 milyon avro qazandı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal" "Adidas"la müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, məşhur idman geyimi firması 2019-cu ilin yayından etibarən London klubunun forma sponsoru olacaq. Anlaşmanın müddəti 5 ildi.

"Arsenal" bu müqavilədən 340 milyon avro (illik 68 milyon avro) qazanacaq.

Qeyd edək ki, "Arsenal"ın hazırkı forma sponsoru "Puma" ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.